Mahrezdən rekord

Mahrezdən rekord

Riyad Mahrez Premyer Liqanın rekorduna imza atıb. “Mançester Siti”nin yarımmüdafiəçisi ən çox assist müəllifi olan afrikalı adına yiyələnib.

Mahrez 29-cu turun “Liverpul”la görüşündə (4:1) qollardan birinin ötürməsini verib. Bu, onun 56-cı assisti olub.

32 yaşlı əlcəzairli Didye Droqbanın rekordunu arxada qoyub. “Çelsi”nin sabiq hücumçusu 55 qola ötürmə verib.

Qeyd edək ki, Mahrez 274 oyunda 82 qol da vurub.

e-Topaz

Əvvəlki yazı

Derbidə qollu heç-heçə

Növbəti yazı

“Barselona”dan 2 rekord