Mahrez 5-ci oldu

Mahrez 5-ci oldu

“Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə qarşılaşıb. 1:1 hesabı ilə bitən matçda “şəhərlilər”in qolunu Riyad Mahrez vurub.

Bu top əlcəzairli üçün turnirdə 20-ci olub. Futbolçu bununla da, Çempionlar Liqası tarixində bu həddi aşan 5-ci afrikalı adına yiyələnib.

Afrikalı oyunçular arasında qol rekordu Məhəmməd Salah və Didye Droqbaya (hər ikisi 44) məxsusdur. Onları Samuel Eto (30) və Sadio Mane (27) izləyir.

e-Topaz

Əvvəlki yazı

“İnter”dən qələbə, Leypsiqdə bərabərlik

Növbəti yazı

Həftənin oyunçusu adına dörd namizəd