Mahrez ən yaxşı seçildi
“Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez xüsusi mükafata layiq görülüb. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leypsiq”lə oyununun (1:1) ən yaxşısı seçilib.
Əlcəzairli 27-ci dəqiqədə hesabı açıb. Xatirə mükafatı futbolçuya matçdan sonra təqdim olunub.