Mahmudovdan het-trik, “Neftçi”dən qələbə

Mahmudovdan het-trik, “Neftçi”dən qələbə

Azərbaycan Premyer Liqasında XV tura start verilib. Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonrakı tur bir matçla başlayıb.

Günün yeganə görüşündə Bakı klubları görüşüb. Paytaxt derbisində “Neftçi” “Səbail”i qəbul edib.

İlk yarının ortalarında Emin Mahmudov hesabı açıb. Fasilədən sonra penaltini qola çevirən kapitan “ağ-qaralar”ın üstünlüyünü artırıb. Qonaqlar Rafael Məhərrəmlinin fərqlənməsi ilə fərqi minimuma endirib. Amma hakimin final fitinə 13 dəqiqə qalmış daha bir penaltidən yararlanan Emin het-trikini rəsmiləşdirməklə fərqi iki topa çatdırıb. 3:1 hesablı qələbə qazanan “Neftçi” ikinci yerdəki “Sabah”la xal fərqini üçə endirib.

Qeyd edək ki, tura noyabrın 29-da yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Benzema üçün medal şansı

Növbəti yazı

Premyer Liqa klubunda təyinat