Mahmudov “40”a çatdı
Emin Mahmudov Azərbaycan millisində 40-cı oyununa çıxıb. 31 yaşlı yarımmüdafiəçi AVRO-2024-ün seçmə mərhələsinin Belçika ilə bugünkü görüşündə start heyətində yer alıb.
Komandamızın kapitanı millimizdə “40”a çatan 34-cü futbolçudur. Onadək 33 oyunçu Azərbaycan yığmasında buna nail olub.
Millidə 2016-cı ildə debüt edən Emin 10 qol vurub. O, rəsmi matçlarda 26 (5 qol), yoldaşlıq görüşlərində 14 dəfə (5 qol) şans qazanıb.