Mahirin komandası ölkə çempionu oldu
Xorvatiyada 2023/24 mövsümünün çempionu müəyyənləşib. Bu ada millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” sahib çıxıb.
Zaqreb təmsilçisi 34-cü turda “Osiyek”ə qalib gələrək xallarının sayını 78-ə çatdırıb. Komanda sonra 2 tur qalmış 2-ci yerdəki “Riyeka”nı 7 xal qabaqlayıb. Bununla da “Dinamo” çempionluğu rəsmiləşdirib. Mahir Emreli “Osiyek”lə matçda sona kimi ehtiyatda qalıb.