Mahir Emreli yenə fərqləndi

Mahir Emreli yenə fərqləndi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni komandası “Kayzerslautern” növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

II Bundesliqa təmsilçisi doğma “Fritz-Walter-Stadion”un məşq meydanında İngiltərənin səviyyəcə 4-cü divizionunda (Liqa 2) çıxış edən “Notts Kaunti” ilə qarşılaşıb.

İlk hissədən sonra 3:0 hesabı irəlidə olan “Kayzerslautern” hər üç qolu ilk 10 dəqiqədə vurub. Komandanın üçüncü qoluna Emreli imza atıb. İkinci hissədə daha bir dəfə fərqlənən Almaniya klubu 4:0 hesabı ilə qalib gəlib.

“Notts Kaunti” oyunçusunun 41-ci dəqiqədə qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 13.07.2025

Növbəti yazı

“İmişli”dən yeni transfer