Mahir Emreli: “Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir”
AVRO-2024-ün seçmə mərhələsinin növbəti matçları keçirilir. Sabah millimiz Estoniya ilə qarşılaşacaq.
Oyundan öncə yığmamızın üzvü Mahir Emreli mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Karyeram baxımından ağır mövsüm keçirdim. Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım. Son oyunlardakı nəticədən sonra bura daha yaxşı əhvali-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir. Sabah meydana qələbə üçün çıxacağıq”.