Mahir Emreli “Konyaspor”da

Mahir Emreli “Konyaspor”da

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Türkiyədə davam etdirəcək. 26 yaşlı hücumçu Super Liqa təmsilçisi “Konyaspor”a keçib.

Bunu Türkiyə klubunun mətbuat xidməti açıqlayıb. Xorvatiya təmsilçisi “Dinamo”da heyətə düşməkdə çətinlik çəkən Mahir mövsümün sonunadək icarə əsasında “Konyaspor”da çıxış edəcək.

Onun müqavilə imzalama mərasimi yaxın günlərdə Konya Böyükşəhər stadionunda gerçəkləşəcək. Emreli “Dinamo”da 13 oyunda 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Runi Premyer Liqa yolunda

Növbəti yazı

Liqa 1-də yeni çalışdırıcı