Mahir Emreli: “Bura yaxşı nəticə üçün gəlmişik”
UEFA Millətlər Liqasının son turunda İsveç Azərbaycanla qarşılaşacaq. Matç sabah baş tutacaq.
Oyundan öncə yığmamızın futbolçusu Mahir Emreli mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik”
“Sabah güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin qarşılaşma gözləyir. Rəqibin adı bəllidir. Buna baxmayaraq, öz oyunumuzu göstərib, yaxşı nəticə üçün savaşacağıq. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Ancaq millidə daha önəmlisi qələbə qazanmaqdır. Hamımız bura yaxşı nəticə üçün toplaşırıq. Düzdür, mən də İsveçlə matçda qol vurmaq istərdim. Bunun qələbə qolu olması mənim üçün daha vacibdir”.
Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan matçı saat 23:45-da start götürəcək.