Madriddə qalib müəyyənləşmədi
Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. “Real” “Mançester Siti”ni qəbul edib.
Görüş qonaqların üstünlüyü ilə başlayıb. Lakin meydan sahibləri hissənin ortalarında oyunu bərabərləşdirib. Hesab ilk yarıda açılıb. Madridlilər Vinisius Cuniorla önə keçib – 1:0. İkinci hissə isə “Real”ın üstünlüyü ilə keçib. Ardıcıl hücumlar təşkil edən komanda qol vurmaqda çətinlik çəkib. Əvəzində əks-hücum zamanı Kevin de Brüyne qüvvətli zərbə ilə hesabı bərabərləşdirib – 1:1. Tərəflərin səylərinə baxmayaraq, bu, matçda vurulan son qol olub.
Qeyd edək ki, yarımfinal mərhələsinin növbəti matçında “Milan” “İnter”i qəbul edəcək.