Madriddə final
FİFA-nın DÇ-2030-la bağlı planları bəlli olub. Qurum final oyununun Madriddəki “Santyaqo Bernabeu”da keçirilməsini istəyir.
Mundial tarixdə ilk dəfə 6 ölkədə keçiriləcək. İspaniya, Portuqaliya və Mərakeş DÇ-2030-un ev sahibləri olacaq. FİFA da həlledici matçı “Real”ın arenasına keçirmək fikrindədir.
Uruqvay, Argentina və Paraqvayda da DÇ-2030-un matçları keçiriləcək. Hər ölkə bir matçı qəbul edəcək.
Qeyd edək ki, DÇ-2030 dünya çempionatlarının keçirilməsinin 100 illiyinə təsadüf edəcək. İlk mundial 1930-cu ildə Uruqvayda təşkil olunub.