Macarıstan 60 ildən sonra
Millətlər Liqasının ilk turunda Macarıstan İngiltərə ilə qarşılaşıb. Meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.
“Ölüm qrupu”nun autsayderi gözü ilə baxılan komanda ötən əsrin ortalarından bəri ilk dəfə İngiltərə millisini məğlub edib. Macarıstan sonuncu dəfə 1962-ci il mayın 31-də dünya çempionatında britaniyalılardan güclü olub. Ardından keçirilən 15 matçın 12-də İngiltərə qələbə qazanıb. Daha üç görüşdə isə heç-heçə qeydə alınıb.