Məşq zamanı ayağı sındı
“Lens”in futbolçusu Conatan Qradi zədələnib. Məşq zamanı onun ayağı iki yerdən sınıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı fransalı müdafiəçi əməliyyat olunduqdan sonra uzun müddət yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, Conatan Qradi 2019-cu ildən “Lens”də çıxış edir.












