Mərdəkanda qollu bərabərlik
Azərbaycan Premyer Liqasının XI turu davam edir. Bu gün turun növbəti matçı keçirilib.
“Araz-Naxçıvan” “Zirə”ni qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Matçda hesabı qonaqlar açıb. Giorgi Papunaşvili fərqlənib. Meydan sahiblərinin buna cavabı oyunun sonlarında gəlib. Felipe Santos penaltini dəqiq yerinə yetirib – 1:1.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.