Mərakeşin qapıçısı “Bavariya”nın hədəfində

Mərakeşin qapıçısı “Bavariya”nın hədəfində

Mərakeşin qapıçısı Yassin Bunu “Bavariya”nın maraq dairəsinə düşüb. Ayağı sınan Manuel Noyerə əvəzləyici axtaran Almaniya klubu afrikalını heyətinə qatmaq istəyir.

“Sevilya” qolkiperini satmağa hazırdır. İspaniya klubu bunun üçün 50 milyon avro tələb edir. Bu, Yassinin müqaviləsində əks olunan sərbəstqalma məbləğidir.

Qeyd edək ki, bu yaxınlarda müqaviləsi uzadılan afrikalı 2025-ci ilə qədər La Liqa klubuna məxsusdur.

ETOPAZ

Əvvəlki yazı

Bürünc kimin olacaq: Xorvatiya, yoxsa Mərakeş?

Növbəti yazı

“Çikaqo”da vida