Mərakeş yarımfinalda

Mərakeş yarımfinalda

DÇ-2022-də 1/4 final mərhələsinin ikinci gününə start verilib. Qətərdəki mundialın daha bir yarımfinalçısı bəlli olub.

Çempionatın 21-ci günü Mərakeş – Portuqaliya matçı ilə başlayıb. Görüşün taleyini bir qol həll edib.

42-ci dəqiqədə fərqlənən Yussef En-Nəsiri Mərakeşə qələbə qazandırıb.

Afrika təmsilçisi bununla da yarımfinala yüksəlib. Kriştiano Ronaldolu Portuqaliya üçün isə mundial başa çatıb.

Qeyd edək ki, bunadək Argentina və Xorvatiya da yarımfinala yüksəlib. Bu mərhələnin son iştirakçısı İngiltərə – Fransa matçında müəyyənləşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Portuqaliya üçün ilk

Növbəti yazı

Dünya çempionatlarında ilk dəfə