Mərakeş millisi dünya çempionu oldu
Çilidə keçirilən gənclər (U-20) dünya çempionatının qalibi bəlli olub. Bu ada Mərakeş millisi sahib çıxıb.
Komanda finalda Argentinanı məğlub edib. Matç 2:0 hesabı ilə başa çatıb. Hər iki qolu Yasir Zabiri vurub.
Mərakeş gənclər arasında keçirilən dünya çempionatında ilk dəfə qalib adını qazanıb.
Üçüncü yer uğrunda görüşdə Kolumbiya Fransa üzərində 1:0 hesabı ilə qələbə qazanıb.












