Məhəmməd Salah 8-ci pilləyə yüksəldi
Məhəmməd Salah “Liverpul” tarixinin bombardirləri siyahısında irəliləyib. Premyer Liqanın “Mançester Yunayted”lə səfər oyununda (1:2) fərqlənən misirli İngiltərə klubunda 159-cu qoluna imza atıb.
O, bununla da 158 dəfə fərqlənən Maykl Oueni arxada qoyub. Salah bu qolları 258 matçda vurub.
2017-ci ildə “Roma”dan “Liverpul”a keçən forvard Premyer Liqada 120, Çempionlar Liqasında 34, İngiltərə kubokunda 4, Superkubokda 1 dəfə fərqlənib.
“Liverpul”un 10 ən yaxşı bombardiri
- Yan Raş — 346
- Rocer Hant — 285
- Qordon Xocson — 241
- Billi Liddell — 228
- Stiven Cerrard — 186
- Robbi Fauler — 183
- Kenni Dalqliş — 172
- Məhəmməd Salah — 159
- Maykl Ouen — 158
- Harri Çembers — 151