Lunidən yeni rekord
“Uorriors” “Maveriks”lə Qərb Konfransı finalının ikinci oyununda da (126:117, 2-0) qalib gəlib. Görüşün əsas qəhrəmanlarından biri Kevon Luni olub.
O, 32 dəqiqə ərzində 21 xal yığmağı bacarıb. Basketbolçu bununla da, şəxsi rekordunu yeniləyib.
Həmçinin, Kevon 12 ribaundla da yadda qalıb. Orta xətt oyunçusu karyerasında pley-offlarda ikinci dabl-dablına imza atıb.