Lukumiyə iki müştəri
“Genk”in futbolçusu Con Lukumi iki klubdan təklif alıb. 24 yaşlı müdafiəçi “Marsel” və “Bolonya”nın hədəfindədir.
Kolumbiyalının sərbəstqalma məbləği 8 milyon avrodur. Onun transferi ilə bağlı danışıqlara da start verilib.
Lukumi digər komandaların da maraq dairəsindədir. Ona Rusiya klubları tərəfindən maraq göstərilir.