Lukman Premyer Liqa klublarının hədəfində

Lukman Premyer Liqa klublarının hədəfində

“Atalanta”nın hücumçusu Ademola Lukman karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər. Nigeriyalı forvardın transferində “Liverpul” və Londonun “Arsenal” klubları maraqlıdır.

Klub rəhbərliyi 27 yaşlı afrikalının satışından 45-50 milyon avro qazanmaq istəyir.

İtaliya A Seriyasının başa çatan mövsümündə Lukman 31 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun “Atalanta” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Paçu və Ba komandada qaldı

Növbəti yazı

Jezuş “Əl-Nəsr” yolunda