Lukman “Barselona” yolunda
Ademola Lukman “Atalanta”dan ayrıla bilər. Bir neçə nəhəngin maraq dairəsində olan hücumçu “Barselona”ya getməyə qərar verib.
Nigeriyalının müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Onun sərbəstqalma məbləği 30 milyon avrodur.
Qeyd edək ki, Lukman mövsümün 32 matçında 18 qol və 7 assistə imza atıb.