Lukas Moura London klubundan ayrılır
Lukas Mouranın gələcək taleyinə aydınlıq gəlib. Braziliyalı yayda “Tottenhem”dən ayrılacaq.
Cənubi amerikalı müqaviləni uzatmaqdan imtina edib. O, London klubu ilə azad agent kimi vidalaşacaq.
Lukas İngiltərə, İtaliya və Fransa klublarından təkliflər alıb. Vinger vətənində “San-Paulu”nun da maraq dairəsindədir.
Qeyd edək ki, Moura cari mövsüm Premyer Liqada 8 oyun keçirib.