Lukakudan rekord
Çempionlar Liqasının 1/8 final mərhələsinin “Porto” ilə qarşılaşmasında fərqlənən “İnter”in hücumçusu Romelu Lukaku yeni rekorda imza atıb. O, Çempionlar Liqasında ən çox qol vuran belçikalı adına sahib çıxıb.
Lukaku buna 17-ci qolunu vuraraq nail olub. O, Dris Mertensi (16) arxada qoyub.
Belçikalılar arasında üçüncü pillədə Kevin De Bruynedir. Onun aktivində 12 qol var.