Lukaku zədələndi
“İnter”in hücumçusu Romelu Lukaku zədələnib. O, məşq zamanı sol budun əzələsində gərginlik yaşayıb.
Nəticədə forvard “Kremoneze” ilə matçı buraxa bilər. 29 yaşlı belçikalı tibbi müayinədən keçəcək və yoxlanış zamanı zədənin ciddiliyi aydınlaşacaq, sağalma müddəti barədə məlumat veriləcək.