Lukaku “Yuventus”un hədəfində
Romelu Lukaku “Yuventus”a keçmək üzrədir. Təcrübəli hücumçunun transferi üzərində iş gedir.
Son mövsümü icarə əsasında “İnter”də keçirən Lukakunun komandada qalması gündəmdə idi. Amma Çempionlar Liqası finalından sonra ciddi tənqidlərə tuş gələn forvard Milan klubuna keçməkdən imtina edib. “Çelsi” Romelunu bu dəfə icarə vermək deyil, satmaq niyyətindədir. London təmsilçisinin “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanması tərəflərin ortaq məxrəcə gəlməsinə şərait yaradır. Lukakunun “Qoca Sinyora”da illik 8 milyon avro qazanacağı bildirilir.