Lukaku qol həsrətini bitirdi
“Çelsi”nin futbolçusu Romelu Lukaku Premyer Liqadakı qol həsrətinə son qoyub. O, “Vulverhempton”la (2:2) görüşdə dubla imza atıb.
Belçikalı bu il ilk dəfə qol sevinci yaşayıb. Lukaku sonuncu dəfə 2021-ci il dekabrın 29-da “Çelsi”nin heyətində fərqlənmişdi. Həmin matçdan sonra İngiltərə kuboku və klublararası dünya çempionatında ümumilikdə 5 qol vuran Romelu Premyer Liqada rəqib qapısına yol tapa bilmirdi.