Lukaku Klozeyə çatdı

Lukaku Klozeyə çatdı

Belçika millisi AVRO-2024-ün seçmə oyununda İsveçlə qarşılaşıb. Romelu Lukaku 3:0 hesablı qələbəyə het-triklə töhfə verib.

Bununla da hücumçu yığmadakı qol sayını 71-ə çatdırıb. Lukaku bununla da Avropanın ən yaxşı yığma bombardirləri sırasında 5-ci yerə şərik olub.

Belçikalı Almaniya millisinin qolçusu Miroslav Klozeyə çatıb. Yalnız 4 avropalı oyunçu daha çox fərqlənib. Bunlar Kriştiano Ronaldo (120), Ferens Puşkaş (84), Robert Levandovski (78) və Şandor Koçişdir (75).

ETOPAZ

Əvvəlki yazı

Zverev darmadağına üzüldü

Növbəti yazı

Tuxel “Bavariya”da