Lukaku Halandı qabaqladı
İFFHS 2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuları müəyyənləşdirib. Cədvəldə milli komanda və beynəlxalq klub turnirlərində ən çox qola imza atanlar yer alıblar.
Belçika millisinin futbolçusu Romelu Lukaku hamını qabaqlayır. Forvard 22 qol vurub. O, 15 dəfə yığmada, 7 dəfə avrokubokda fərqlənib.
1. Romelu Lukaku (Belçika, “İnter”, “Roma”) – 22 qol (millidə 15+ klubda 7)
2. Erlinq Haland (Norveç, “Mançester Siti”) – 18 (6+12)
3. Mehdi Taremi (İran, “Porto”) – 14 (12+2)
4-5. Kilian Mbappe (Fransa, PSJ) – 13 (10+3)
Kriştiao Ronaldo (Portuqaliya, “Əl-Nəsr”) – 13 (10+3)
6. Harri Keyn (İngiltərə, “Tottenhem”, “Bavariya”) – 13 (9+4)
7. Zeki Amduni (İsveçrə, “Bazel”, “Bernli”) – 13 (6+7)
8. German Kano (Argentina, “Fluminense”) – 13 (0+13)
9. Şabaib Al-Xaldi (Küveyt, “Kazma”, “Hatta”) – 12 (12+0)
10. Rasmus Hoylund (Danimarka, “Atalanta”, “Mançester Yunayted”) – 12 (7+5)