Lukaku “Çelsi”dən ayrılmaq arzusunda

Lukaku “Çelsi”dən ayrılmaq arzusunda

“Çelsi”nin hücumçusu Romelu Lukaku komanda yoldaşlarına klubu tərk etmək niyyətində olduğunu bildirib. 28 yaşlı belçikalı sabiq klubu “İnter”ə qayıtmaq istəyir.

Daha əvvəl bildirilmişdi ki, Lukaku “İnter”ə qayıtmaq üçün maaşını azaltmağa hazırdır. Bu proseslərdən sonra artıq o, komandasına dönməyə yaxındır. Belçikalı hücumçu yaxında icarə əsasında “İnter”ə keçə bilər.

Qeyd edək ki, 28 yaşlı hücumçu bu mövsüm “Çelsi”nin heyətində 34 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

“Milan” oyunçunu klubda saxlayır

Növbəti yazı

Poqbanın qızıl medalı oğurlandı