Lukaku “Aston Villa”nın hədəfində
Romelu Lukaku daha bir klubun hədəfinə düşüb. “Aston Villa” belçikalı hücumçunu heyətinə qatmağı planlaşdırır.
Müqavilə ilə “Çelsi”yə məxsus olan, icarə əsasında “İnter”də çıxış edən 30 yaşlı forvardın transferini baş məşqçi Unai Emeri istəyib. İspaniyalı mütəxəssis Lukakunun “Aston Villa”nın hücum xəttini gücləndirəcəyi qənaətindədir.