Lukaku antirekorda imza atdı
Premyer Liqanın 26-cı turunun matçında “Çelsi” “Kristal Palas”ı məğlub edib (1:0). Görüşə start heyətində başlayan Romelu Lukaku antirekorda imza atıb.
“Çelsi”nin hücumçusu oyun boyu topa cəmi yeddi toxunuş edib ki, bunlardan biri də start fitində topa mərkəzdən başlayarkən olub. Belçikalı eyni zamanda əvəzlənmədən oynayıb.
Bu, 2003/04 mövsümündə məlumatların toplanmağa başlamasından bəri bir oyunun tam 90 dəqiqəsini keçirmiş oyunçunun Premyer Liqa matçında ən az toxunuşudur.
Qeyd edək ki, 2021-ci ilin yayında 113 milyon avroya alınan Lukaku klubda keçirdiyi son 8 çempionat oyununda cəmi 1 qol vurub.