Lukaku ABŞ-a getməyəcək
Romelu Lukakunun “Çelsi”dəki taleyinə aydınlıq gəlib. O, komanda ilə birlikdə ABŞ-dakı təlim-məşq toplanışına yollanmayacaq.
Belçikalı gələn həftə məşqlərə dönəcək. “Zadəganlar”ın baş məşqçisi Maurisio Poçettino rəhbərliyin futbolçu ilə bağlı mövqeyini bildirib. Klub onu 40 milyon avroya satmaq istəyir.