Lukaku A Seriyası nəhənglərinin hədəfində
“Çelsi”nin hücumçusu Romelu Lukakunun taleyi qeyri-müəyyəndir. O, yeni mövsümü də İtaliyada keçirə bilər.
Son sezonu “Roma”da icarədə keçirən forvard daha 2 A Seriyası klubunun diqqət mərkəzindədir. Hücumçu “Napoli” və “Milan”ın hədəfindədir. İtaliya təmsilçiləri belçikalını icarəyə götürmək istəyir.