Luk Şou “300”ə çatdı
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XIII turunda səfərdə “Kristal Pelas”la qarşılaşıb. Görüş “qırmızı şeytanlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandanın müdafiəçisi Luk Şou üçün oyun əlamətdar olub.
30 yaşlı futbolçu klubun heyətində 300-cü rəsmi matçına çıxıb.
İngilis müdafiəçi “Mançester Yunayted”lə Liqa Kubokunu, FA Super Kubokunu və Avropa Liqasını qazanıb.












