Luis komandanı tərk edə bilər

Luis komandanı tərk edə bilər

“Flamenqo”nun futbolçusu David Luis klubunu dəyişə bilər. 37 yaşlı mərkəz müdafiəçisi Braziliyanın digər iki komandasının maraq dairəsindədir.

“Korintians” və “Fortaleza” müqaviləsi başa çatacaq futbolçunu yayda azad agent kimi ələ keçirmək istəyir. 2021-ci ildən “Flamenqo”da forma geyinən Luis son mövsümün 23 matçında 3 qol vurub.

Qeyd edək ki, David karyerası ərzində “Benfika”, “Çelsi”, PSJ və “Arsenal” kimi klublarda çıxış edib. O, Braziliya millisində 57 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

Emrelidən növbəti uğur

Növbəti yazı

Kyeza “Liverpul”u tərk edir