Lovren millidən getdi
Deyan Lovren Xorvatiya millisindəki karyerasını başa vurub. Bunu “Lion”da çıxış edən müdafiəçinin özü açıqlayıb.
Lovren 2009-cu ildən Xorvatiya yığmasında çıxış edirdi. O, bu müddətdə komandada 78 matç keçirib.
Müdafiəçi dünya çempionatlarında iki medal qazanıb. O, DÇ-2018-də gümüş, DÇ-2022-də bürünc əldə edib.