“Los-Anceles Qalaksi”də yeni yapon futbolçu
“Şalke” ilə yollarını ayıran Mayya Yoşidanın yeni klubu bəlli olub.
Yaponiyalı müdafiəçi karyerasını MLS-də davam etdirəcək.
34 yaşlı futbolçu “Los-Anceles Qalaksi” ilə ilkin razılığa gəlib. O, yeni klubuna azad agent kimi qoşulacaq.
Qeyd edək ki, Yoşida ötən mövsüm “Şalke”də 31 matç keçirib. O, 4 sarı vərəqə ilə cəzalanıb.