Lopezdən tarixi uğur

Lopezdən tarixi uğur

Fermin Lopes “Barselona”nın Çempionlar Liqasındakı ən gənc het-trik müəlliflərindən biri olub. Kataloniya klubunun yarımmüdafiəçisi turnirin ümumi mərhələsinin 3-cü turunda “Olimpiakos”a qarşı görüşdə üç qol vurub.

İspan futbolçu het-triki 22 yaş 163 günlüyündə edib. Daha gənc yaşda bunu yalnız Neymar bacarıb – o, 2013-cü ildə “Seltik”lə oyunda 21 yaş 309 günlüyündə het-trik etmişdi.

Lionel Messi isə “Barselona”nın heyətində ilk dəfə Çempionlar Liqasında 22 yaş 286 günlüyündə het-trik vurub.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”dən vacib qələbə

Növbəti yazı

“Xankəndi” “Şəfa”ya şərik çıxdı