Lopez həftənin oyunçusu seçildi

Lopez həftənin oyunçusu seçildi

Çempionlar Liqasının Liqa mərhələsinin III turundan sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Bu ada “Barselona”nın futbolçusu Fermin Lopez layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu azarkeşlər arasında keçirilən sorğuda Feliks Nmeça (“Borussiya”, Dortmund), Qorka Quruseta (“Atletik”) və Dennis Manı (PSV) qabaqlayıb.

Qeyd edək ki, Fermin Lopez “Barselona”nın “Olimpiakos”u 6:1 hesabı ilə məğlub etdiyi matçda 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

”Barselona”da ciddi itki

Növbəti yazı

Messi klubu ilə yeni müqavilə imzaladı