Lopeteqi “Sevilya”dan gedir
“Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi mövsümün sonunda postunu tərk edəcək. İspaniyalı mütəxəssis daha cəlbedici təklif aldığı üçün belə addım atacaq.
Onun Sevilyanın eyniadlı təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Lakin anlaşmadakı bəndi aktivləşdirəcək Lopeteqi komandadan ayrıla biləcək. Onun klubdan ayrılacağı Çempionlar Liqasına vəsiqə qazanıldıqdan sonra açıqlanacaq.