Lopeteqi İngiltərəni tərk edir

Lopeteqi İngiltərəni tərk edir

Xulen Lopeteqi “Vest Hem”dən ayrıla bilər. Premyer Liqa təmsilçisi təcrübəli çalışdırıcının işindən narazıdır.

Komandanın “sükan”ı arxasında keçirdiyi 22 rəsmi qarşılaşmada cəmi 7 qalibiyyət alan Lopeteqi, rəhbərliyin etimadını doğrulda bilməyib.

Hazırda baş məşqçi axtarışlarını davam etdirən İngiltərə təmsilçisinin prioriteti “Çelsi”nin sabiq baş məşqçisi Qraham Potterdir.

Qeyd edək ki, 20 turdan sonra “Vest Hem” İngiltərə Premyer Liqasında 23 xalla turnir cədvəlində 14-cü sırada qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem”də yeni müqavilə

Növbəti yazı

Arauxo “Yuventus” yolunda