Lopesin seriyası qırıldı
Felisiano Lopes “Rolan Qarros”un təsnifat mərhələsinin ikinci raundunda mübarizəni dayandırıb. O, Jan Marko Moroniyə uduzub – 1:6, 6:7.
Bununla da ardıcıl 79 dəfə “Böyük dəbilqə” turnirlərinin əsas mərhələsində iştirak edən Lopesin seriyası qırılıb. Bu seriya 2002-ci ildə “Rolan Qarros”da başlayıb.
40 yaşlı ispaniyalının seriyasına ən yaxın olan Qriqor Dimitrovdur. O, son 45 belə turnirin iştirakçısıdır.