London klubu Raysa qiymət qoydu
“Vest Hem”in futbolçusu Deklan Rays Premyer Liqa nəhənglərinin maraq dairəsindədir. İngiltərə klubu onu satmaq istəməsə də, cəlbedici təklifləri nəzərdən keçirməyə hazırdır.
Düzdür, London təmsilçisi İngiltərə millisinin 24 yaşlı yarımmüdafiəçisini heyətində saxlamaq arzusundadır. Amma Raysın da getmək istədiyini görən klub rəhbərliyi müqavilənin bitməsinə bir il qalmış onu satmağı planlaşdırır.
“Vest Hem” Deklan üçün 100 milyon funt tələb edir. “Arsenal”, “Çelsi”, “Nyukasl”, “Mançester Siti”, “Liverpul” və “Mançester Yunayted” bu transferdə maraqlıdır.
Deklan cari mövsüm Premyer Liqada 33 oyun keçirib. O, üç qol və 2 assistə imza atıb.