Llorente də Səudiyyə Ərəbistanına gedə bilər
Markos Llorente karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. O, “Atletiko”nu tərk etməyə yaxındır.
Futbolçunun “Əl Əhli” klubuna transferi ilə bağlı tam razılıq əldə olunub. “Atletiko”nun yarımmüdafiəçisi yaxın vaxtlarda tibbi müayinədən keçəcək.