“Liverpul”un Sane arzusu
“Liverpul” heyətini gücləndirmək niyyətindədir. Klub “Bavariya”nın hücumçusu Leroy Saneni almağı planlaşdırır.
O, mersisaydlıların forvardı Məhəmməd Salahı əvəzləməyə əsas namizəddir. İngiltərəlilər Sane üçün 80 milyon funt-sterlinqdən (təxminən 93 milyon avro) çox ödəməyə hazırdır. Hazırda klubun rekordu uruqvaylı hücumçu Darvin Nunes üçün ödənilən məbləğdir.