“Liverpul”un müdafiəçisi sıradan çıxdı

“Liverpul”un müdafiəçisi sıradan çıxdı

“Liverpul” klubunun heyətində ciddi itki baş verib. Mersisayd təmsilçisinin müdafiəçisi Ceremi Frimponq sıradan çıxıb.

O, UEFA Çempionlar Liqası Liqa mərhələsinin 3-cü turunun “Ayntraxt”la səfərdə matçında (5:1) ayaq əzələsindən zədə alıb. Komandanın baş məşqçisi Arne Slot 24 yaşlı sol cinah müdafiəçisinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Qeyd edək ki, “Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən biridir.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasında həftənin rəmzi heyəti bəlli oldu

Növbəti yazı

“Mançester Siti”nin qapıçısı karyerasını başa vurdu