“Liverpul”un baş məşqçi planı
“Liverpul”un Ruben Amorimin baş məşqçi postuna gətirilməsi üçün ödəməli olduğu məbləğ müəyyənləşib. İngiltərə klubu 39 yaşlı mütəxəssis üçün 15 milyon avro ödəməlidir.
Portuqaliyalı baş məşqçinin “Sportinq”lə müqaviləsi 2026-cı ilin yayında bitəcək. Onun cari mövsümün sonunda Lissabonu Liverpula dəyişməsi üçün indiki klubuna kompensasiya ödənilməsi zəruridir.
“Liverpul”un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda Premyer Liqa klubunu tərk edəcək.