“Liverpul”dan yeni transfer
15 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin yarımmüdafiəçisi Miroslav Vaskovski karyerasını “Liverpul”da davam etdirəcək. Mersisaydlılar onunla rəsmi müqavilə imzalayıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. İngiltərə təmsilçisi onu “Avstriya Vyana”dan transfer edib.
Vaskovski “Lokomotiv Kiyev”in yetirməsidir. Bu mövsüm o, “Liverpul”un U-14 və U-15 komandalarında çıxış edəcək.













